Cənub bölgəsində yeni yolun açılışı olub

Cənub bölgəsinin ucqar dağ rayonu olan Yardımlının Perimbel kəndində yeni çəkilən asfalt yolun açılışı kənddə əsl bayram kimi yaşanıb. Anspress-in verdiyi məlumata görə, narahat dağ yoluna asfalt çəkilməsi sakinlərin illərdir davam edən narahatlığına son qoyub. Rayon mərkəzindən 13 km aralıda yerləşən Perimbel kəndinin sakinləri də bundan sonra asfalt yoldan istifadə edə biləcəklər. Kəndə yeni yolun çəkilişinə böyüklü, kiçikli hamı sevinir. Bu münasibətlə düzənlənən mərasimdə də hər kəs yolun çəkilişində zəhməti olanlara ürəkdən minnətdarlıq edib, ölkə başçısının dağ kəndinin sakinlərinə göstərdiyi diqqəti yüksək dəyərləndirib.
Qeyd edək ki, Perimbel yolu təqribən 20 gün müddətinə, rayonun daxili imkanları və texniki şərtlər nəzərə alınaraq çəkilib. Perimbel kəndinə yeni yolun şəkilişi həm də ərazinin geniş turizm imkanlarından səmərəli istifadəyə imkan yaradacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












