Daş döşəmələr asfalt yoldan daha uzunömürlüdür

Son illər respublikamızda təmir və quruculuq işləri geniş vüsət alıb. Bir sıra yollar yenidən tikilib, səkilər təmir olunub. Aparılan təmir işləri ilk baxışdan təqdirəlayiq olsa da, bəzən ciddi problemlər də ortaya çıxır. Belə ki, yenidən qurulan yollar qısa müddət sonra dağılır, səkilər bəzən piyadaların gedişinə dözmür. Daha bir problem isə şəhərin mərkəzi hissələrində bəzi küçələrə və səkilərə döşənən piltələrlə bağlıdır. Təmirdən qısa müddət sonra bu piltələr də dağılmağa başlayır. Amma maraqlıdır ki, Bakının sovet dövründə daş döşəməli küçələrində bərpa işlərinin aparılması nadir hallarda olub. Həmin küçələr ötən əsrin əvvəllərində necə vardısa, o cür də qalmaqdadır. Amma son illər təmir olunan küçələr və səkilər istifadəyə verildikdən bir il ötməmiş təmir edilir.
Məsələyə münasibət bildirən əməkdar memar Feyzulla Quliyev deyir ki, daş döşəmələr asfalt yoldan daha uzunömürlüdür: «Amma bunu hər küçədə, paytaxtın hər bir ərazisində etmək lazımi effekt verməyə bilər. Daş örtüklər kommunikasiya xətləri keçməyən, yaxud da kommunikasiya xətləri yenidən qurulan küçələrə döşənilir. Həmçinin, daş elə küçəyə döşənilməlidir ki, həmin yolda uzun müddət qazıntı işləri aparılmasın. Əgər daş istənilən yola düzülürsə, mütləq həmin küçədən keçən yeraltı kommunikasiya xətləri, istilik, kanalizasiya və su boruları yenilənməlidir. Belə olmadıqda isə bir-iki ilə həmin yolu yenidən qazıb xətlərdə təmir işləri aparmaq lazım gələcək. Eyni zamanda hərəkətin intensiv olduğu küçələrdə asfalt örtüyü daş döşəmə ilə əvəzlənmək lazım deyil. Daş döşəmələri «İçəri şəhər» ərazisində salmaq daha doğru olardı. Piyadaların hərəkət etdiyi küçələrdə isə hamarlığı daşa nisbətən, daha yaxşı saxlayan örtüklərdən istifadə edilsə, yaxşı olar». Ucnoqta.az
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO













