Daxili İşlər Nazirliyindən vətəndaşlara ŞAD xəbər

Daxili İşlər Nazirliyi (DİN) respublikanın ərazi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrində - əməliyyat müvəkkili, polis sahə inspektoru (hüquqşünaslar üçün) və yektinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor (müəllimlər üçün) vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 75 vəzifənin tutulması ilə əlaqədar keçirilən müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir. Test imtahanları –Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqları na dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən proqram və onu əhatə edən suallar üzrə keçirilir. Müsahibə – test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərlə DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılır.
Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas və müəllim (3 il pedaqoji stajı olan) ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), boyu 165 santimetrdən (qadınlar üçün 160 santimetrdən) yüksək olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən (Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayanlar və ya yaşayış yeri üzrə qeydiyyatda olanlar istisna olmaqla) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə qaliblərinin elan edilmiş vakant vəzifələrə təyinatından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək. Müsabiqədə iştirak etmək üçün sənədlər 2014-cü il noyabr ayının 24-dən dekabr ayının 24-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək şəhər, rayon polis idarə və şöbələrində qəbul olunur.
Elməddin
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi - VİDEO
Murovdağ tuneli Azərbaycanın nəqliyyat xəritəsini dəyişəcək – EKSPERT
Bulvarda elektrikli faytonlarla gəzintilər təşkil olunur - Qiyməti 40 manatdır - VİDEO
Bakının bu küçəsində hərəkət qaydası dəyişdi - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
“Koroğlu” istiqamətində cərimələnə bilərsiz - Sürücülərin diqqətinə! - VİDEO
“Koroğlu”da yeni hərəkət zolağı yaradılır - FOTO
Qaydaları pozan taksi sürücüləri DRONLARLA İZLƏNİLİR - Qəfil yoxlamalar keçirilir
Taksilərlə bağlı YENİLİK - ARTIQ BU CÜR OLACAQ
Sürücülərin diqqətinə! - Qayda dəyişdi; bundan sonra belə olacaq
Bakıda tıxacları azaldacaq YENİ AVTOMOBİL YOLU çəkilir - VİDEO
“Nərimanov”da avtobuslar üçün mübadilə mərkəzi yaradılır - FOTOLAR










