Dayanacaqlarda pulsuz Wi-Fi-a hazır olun

Bakıda avtobus dayanacaqlarında internetdən pulsuz istifadə imkanı yaradılacaq. Avtosfer.az-ın abc.az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib. Onun sözlərinə görə, hal-hazırda Avropa Oyunları zamanı keyfiyyətli nəqliyyat xidmətinin təmin edilməsi üçün yeni xəritənin hazırlanması üzərində fəal iş gedir.
“Xəritənin yaradılmasına dair iş 2015-ci ilin yayında Bakıda Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi ilə bərabər aparılır. Tədbirin qonaqlarına göstəriləcək keyfiyyətli xidmətdən başqa, keyfiyyətli nəqliyyat xidmətinin göstərilməsi tədbirlərinin əsas məqamlarından biri də stadion istiqamətində olan avtobus dayanacaqlarında pulsuz internetə qoşulmanın təmin edilməsidir”.
Onun sözlərinə görə, Wi-Fi quraşdırılma işləri xəritənin təsdiqlənməsindən sonra ikinci mərhələdə aparılan işlərin sırasına daxildir. İnternetə girişin yalnız yarışlar zamanı və ya daimi olacağı isə hələlik məlum deyil.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












