Dəniz kənarı ilə 8 zolaqlı yol salınır

Bakının mərkəzində Nobel prospektinə paralel çəkilən yeni 8 zolaqlı yolda tikinti işlərinin 80 faizi tamamlanıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nın mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA TV-yə deyib ki, Nobel prospektinə paralel olaraq, dənizin kənarı ilə yeni tikilən yolun layihələndirilməsinə 2013-cü ildən başlanılıb: "Keçən ilin may ayından yolun keçəcəyi ərazilərdə söküntüyə başlanılıb. Hazırda ərazidə söküntü, eləcə də torpaq və kommunikasiya işləri davam etdirilir. 1,75 km dənizə paralel yol gedəcək. Həmin hissənin sonunda da bir dairəvi qovşaq olacaq. Həmin istiqamətdən birbaşa Nobel prospektinə çıxacaq. Beləliklə də həmin istiqamətdə Neftçilər və Nobel prospektlərinin yükü azaldılacaq".
Ümumi uzunluğu 2, 26 km, eni isə 45 m olan yeni yol 8 hərəkət zolağından ibarət olacaq. Mütəxəssislər hesab edir ki, yeni yol tam istifadəyə verildikdən sonra Neftçilər prospektinin avtomobil yükünü tamamilə azaltmış olacaq. Yol boyunca hər tərəfdə səki ilə yanaşı, hərəkət hissəsini ayıran ayrıca zolaq da nəzərdə tutulub. Yolboyu iki dairəvi qovşaq, üç piyada keçidi tikiləcək ki, onlardan biri üç, digərləri isə iki giriş-çıxışlı olacaq: “İki giriş-çıxışlı hissədə dörd, üç giriş-çıxışlı hissədə isə altı eskalator quraşdırılacaq. Piyada keçidinin birində işlərin böyük hissəsi icra olunub, digər ikisində isə 60%-i icra olunub. Ümumilikdə isə yolboyu torpaq işlərinin 80%-i icra olunub”.
"Azəryolservis" rəsmisi deyir ki, yeni salınacaq 8 hərəkət zolağından 1 hərəkət zolağı avtomobillərin park edilməsi üçün yeni tikiləcək avtoparka giriş çıxış üçün nəzərdə tutulur.
Aparılan tikinti işlərində diqqət çəkən əsas məqamlardan biri də yeni yolun alt hissəsində avtoparkın salınmasıdır. Bu yeraltı parkinqdə gün ərzində 200-dən artıq avtomobil saxlanılması mümkün olacaq.
Eyni zamanda gələcəkdə sözü gedən yoldan tunel vasitəsi ilə Ağ Şəhər istiqamətində də daha bir yolun salınması nəzərdə tutulur.
Yeni yolun tikintisinə paralel olaraq Dəniz kənarı Milli Bulvar İdarəsi ərazisində də tikinti işləri aparılır. Burada müxtəlif iaşə obyektləri və insanların istirahəti üçün əyləncə mərkəzləri salınacaq.
Qeyd edək ki, yeni yol Neftçilər prospektindən başlamaqla Nobel prospektinədək uzanacaq. Yolun 2014-cü ilin sonu - 2015-ci ilin I rübündə tamamilə istismara verilməsi gözlənilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












