Dəniz üzərindən Bayılla Əhmədlini birləşdirən yol belə olacaq – FOTOLAR

Xəzər dənizi üzərində Bayıl qəsəbəsi ilə Əhmədli qəsəbəsini birləşdirən avtomobil yolunun salınması ilə bağlı planın hansı mərhələdə olmasına münasibət bildirən Nəqliyyat Nazirliyi «Azəryolversis» ASC-nin sədri, millət vəkili Cavid Qurbanov avtosfer.az-a bildirib ki, bu, qlobal bir məsələdir: «Sovet vaxtında o qədər lazımsız şeylər, beton zavodları, təmir zadvodları tikmişdilər. Dünyanın hər bir ölkəsi öz dənizlərindən istifadə edir. Dincəlmək, istirahət mərkəzləri üçün istifadə olunur. Amma bizdə bunlar üçün istifadə olunmur. Təsəvvür edin ki, körpü salınıb. Belə olan halda dənizin görünüşü itə bilər. Bu məsələ qaldırılıb, Prezident də həmin layihə ilə tanış olub. Qərar hələ qəbul olunmayıb. Bu, siyasi bir qərardır. Həmin körpü dənizin altından və ya üstündən gedəcək, bunu fikirləşmək lazımdır. Bu məsələ hələ tam dəqiqləşməyib. Təmizlənib səliqə-səhmana salınmış, düzəlmiş bulvarın qarşısını kəsmək yaxşı alınmaz. Şəxsən mən bir mütəxəssis kimi hesab edirəm ki, dənizin qabağı açıq olmalıdır və Dənizkənarı Milli Parkı körpü salaraq kəsmək olmaz”.
Elməddin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













