Dərnəgül yoluna 4 aydan sonra gedin

Bakı şəhərinin şimal istiqamətində əsas çıxışını təmin edən magistrallardan biri olan Ziya Bünyadov prospektində yenidənqurma işləri sürətlə davam etdirilir. Sözügedən prospektin yenidən qurulmasında məqsəd 20 Yanvar dairəsi, eyni zamanda “Qələbə” kinoteatrının qarşısında yerləşən dairə ilə Böyükşor qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, layihənin başlanğıcı Alı Mustafayev, Hüseynbala Əliyev, Əbdülvahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişdiyi dairə, sonu isə Böyükşor yol qovşağıdır. O bildirib ki, ümumi uzunluğu 9,2 km, eni isə 50-60 m nəzərdə tutulan prospekt keçdiyi ərazilərdən asılı olaraq 10-12 zolaqdan ibarət olacaq. Prospektin 4 mərkəzi zolağı isə sürətli hərəkəti təmin edəcək: “Yol boyu hərəkətin tənzimlənməsi üçün 4 yerdə yolötürücülərin - qovşaqların və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Artıq keçidlərdən biri hazırdır, digərində işlər başa çatmaq üzrədir, qalan iki keçiddə isə tikinti-quraşdırma işləri davam etdirilir. Bütün prospekt boyu kommunikasiya xətlərinin köçürülməsi, yeni yağış kanalizasiya xəttinin çəkilməsi və torpaq işləri başa çatıb, yol qovşaqlarında isə son tamamlanma işləri yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda aşınma qatı istisna olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri də başa çatdırılacaq. Ümumilikdə prospektin oktyabr ayında istismara verilməsi planlaşdırılır”.
Qeyd edək ki, tikinti sahəsində səyyar laboratoriya quraşdırılıb ki, bunun köməyi ilə də asfalt-beton örtüyünün və digər materialların daimi olaraq testləri həyata keçirilir. Bundan əlavə, lazer nəzarət cihazları ilə təchiz olunan asfalt döşəyən mexanizmlərdən istifadə edilir ki, Almaniya istehsalı olan bu mexanizmlər asfalt-beton örtüyünün keyfiyyətli döşənməsində xüsusi rola malikdir. APA
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












