Dünyanın sonu belə olacaq - VIDEO - FOTOLAR

Yerin və ümumiyyətlə Kainatın sonunun baş vermə prosesinin modeli hazırlanıb. ANS press-in məlumatına görə, "The Far Future of the Universe" ("Kainatın uzaq gələcəyi") adlı videonun müəllifi Co Hensonun (Joe Hanson) 100 min il sonra planetimizin kainatdakı mövqeyi o dərəcədə dəyişəcək ki, səmadakı planet və cisimlər tam fərqli görünəcək. 500 min il ərzində yerə nəhəng asteroid düşəcək və planetimizdə iqlim büsbütün dəyişəcək.
600 milyon il sonra Yerin üst qatında karbohidrogenlərin miqdarı ifrata çatacaq, planetimizdə fotosintez mümkünsüz olacaq.
1 milyard il sonra isə Yerdə bütün həyat yox olacaq, çünki temperaturu fasiləsiz artan Günəş bütün okeanları qurudacaq, bitkiləri yandıracaq.
4 milyard il sonra Süd Yolu tədricən Andromeda qalaktisası ilə birləşəcək. Hər iki qalaktikadakı 1 trilyon ulduz və planetdən sadəcə, 6-sı toqquşaraq dağılacaq.
3,9 milyard il sonra Günəşdə qaz bitəcək, o genişlənməyə başlayacaq, Venera və Merkuri planetlərini udacaq. 9,5 milyard il sonra Günəş sönəcək, kiçik və ağ rəngli cırtdan planetə çevriləcək. Kainatın özündə isə genişmiqyaslı dəyişikliklər 150 milyard il sonra başlanacaq. Kainatın genişlənməsi nəticəsində istisnasız olaraq bütün qalaktikalar Süd Yolundan nəhəng məsafəyə ayrılacaqlar. Daha 850 milyard il sonra yeni ulduz və planetlərin yaranma prosesi dayanacaq, 110 trilyon il sonra son ulduz sönəcək. 1 kvadrilyon il sonra Yer planetindən qalan səma cismini qara cırtdan planetə çevriləcək Günəş udacaq. Sonra bütün materiya o qədər seyrəkləşəcək ki, mahiyyət etibarilə Kainatın özündən əsər-əlamət qalmayacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO


















