Əlillər üçün parkinqlər pulsuz olacaq - YENİLİK
Yeniliklər
16 May 2014 14:46

«Onlara xüsusi kart veriləcək və bu kartlar avtomobilin şüşəsinə bərkidiləcək»
Bakıda yaradılan yeni avtomobil duracaqları - parkinqlərdə əlillərin avtomobil saxlaması pulsuz olacaq. Bu barədə fins.az-a hazırda paytaxtda parkinqlərin yaradılması ilə məşğul olan Bakı Şəhəri İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev bildirib. Onun sözlərinə görə, əlillər üçün dayanacaqlar pulsuz olacaq, amma bu bütün əlillərə yox, yalnız 1-ci qrup əlillərə şamil olunacaq: "Bunun üçün həmin şəxslər müvafiq sənədləri təqdim etməklə XTAİ-nə müraciət edərək qeydiyyatdan keçməlidirlər. Onlara xüsusi kart veriləcək və bu kartlar avtomobilin şüşəsinə bərkidiləcək". Nəticədə parkinqə nəzarət edən şəxslər bu avtomobilin əlillə məxsus olduğunu biləcəklər.
Oxunub : 2734
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












