Evakuasiya olunan maşını tapmaq asanlaşdı - YENİ QAYDALAR - FOTO

Bakıda dayanma-durma və parklanmanın qadağan edildiyi ərazilərdə avtomobillərin evakuasiya ediləcəyi barədə yeni xəbərdaredici yol nişanları quraşdırılır. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, artıq 20-yə qədər ərazidə dayanma-durmanı qadağan edən yol nişanının altında məlumatverici lövhələr asılıb. Həmin lövhələrdə avtomobilin evakuasiya ediləcəyi barədə xəbərdarlıqla yanaşı, nəqliyyat vasitəsinin hansı dayanacağa və ya cərimə meydançasına aparıldığı barədə də məlumat əks olunub. Dayanacağın və cərimə meydançasının ünvanı, habelə əlaqə telefonu da həmin lövhədə əksini tapır.
Vaqif Əsədov bildirib ki, Bakı şəhərinin mərkəzi küçələrində nəqliyyat vasitələrinin və piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı tədbirlər davam etdirilir: «Yaxşı olar ki, sürücülər qaydalara əməl edib yol nişanlarının təsir zonasında nəqliyyat vasitələrini park etməsinlər. Amma kimsə bu qaydalara əməl etməzsə, sözsüz ki, avtomobil evakuasiya ediləcək. Yenilövhələrdə sürücülərinavtomobiliqadağanolunmuş yerlərdə parketməməsiüçünxəbərdarlıqdaəksolunub. Bu lövhələr Bakıda bütün ərazilərdə yerləşdiriləcək. Hazırda həmin yol nişanlarının quraşdırılması işi davam etdirilir».
V.Əsədov qeyd edib ki, bu tədbirlər nəticəsində sürücü avtomobilin hara evakuasiya edildiyini rahat öyrənə biləcək: «Belə ki, avtomobillərin hansı istiqamətdə aparılmasını və harada yerləşdirilməsini bildirmək üçün xəbərdaredici yol nişanlarının altında lazımi telefon nömrələrini göstərən bildirişlər də yer alıb».
Qeyd edək ki, Bakının mərkəzi küçə və prospektlərindən evakuasiya olunan nəqliyyat vasitələri əsasən Azadlıq meydanındakı və 5 mərtəbə dairəsindəki yeraltı dayanacağa, habelə, «20 Yanvar» dairəsində, «Gənclik» metrostansiyasının yaxınlığında, Cavanşir körpüsünün yaxınlığında, eləcə də Badamdar qəsəbəsində yerləşən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati ərazisindəki cərimə meydançalarına aparılır.
Yaxın vaxtlarda Avtosfer.az saytı həmin dayanacaqların və cərimə meydançalarının hamısının ünvanlarını və telefon nömrələrini sürücülərin diqqətinə çatdıracaq.
Elməddin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












