Kamran Əliyev sürücülərin sevincinə səbəb olacaq qərardan danışdı

Sürücülərin avtomobildən istifadə hüququnu məhdudlaşdıran balın minimum həddi 12-dən 20 yə qaldırıla bilər. Bu layihə Milli Məclisin plenar iclasında təklif olunub. Təklifə əsasən sürücülər bir il ərzində 20 və ya daha çox bal toplayarlarsa, cərimə tətbiq edilmədən, onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılacaq. Mövcud qanunvericliyə görə, hazırda bu rəqəm 12-dir və sürücülərin yol verdiyi inzibati xəta növündən asılı olaraq 2,3 və 4 balla qiymətləndirilir. Həmin ballar il ərzində toplanaraq 12 və ondan çox edirsə, o zaman sürücü 2 aydan 1 ilədək avtomobilini idarəetməkdən məhrum olur. Yeni təklifin sürücülərin xeyrinə hesablandığı deyilir. Avtoekspertlər bal sistemindəki bu dəyişikliyin sürücüləri nizam-intizama çağıracağı qənaətindədir. Ekspert Azər Allahverənovun fikrincə, yeni qaydanın tətbiqi mövcud sistemə də təsirsiz ötüşməycək. Azər Allahverənov sözləri görə, hazırda neqativ hallar bu sistemin tətbiqindən sonra onların sayını nisətən azaldacaq. Əgər Milli Məclisdə bu təklif qəbul olunursa, bu sürücülərin yol hərəkət qaydaların pozmamaları üçün islahdır, amma 20 bal sürücünü məsuliyyətin azaltmır. Düzdür bu sistem sürücülərdə bir qədər arxayınlık yarada bilər. Amma yeni layihədə balın 20 yə qaldırılması ilə yanaşı, hər bir inzibati xəta növünə görə hesablanan balın da artırılması nəzərdə tutulur. Məsələn, işıqforun qırmızı işığında keçmək 60 AZN cərimə və 3 balla qiymətləndirilirsə, yeni dəyişikliyə əsasən bu 5 balla əvəz oluna bilər.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyir ki, bütün hallarda sürücülər mümkün qədər yol hərəkət qaydalarını pozmamağa səsləyir. Bu sisteminsə, onlara müəyyən imkanlar verdiyi qənaətindir. Milli Məclisin plenar iclasında təklif olunan layihə mayın 2-də müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, hələ bir müddət əvvəl yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan bal sisteminin tamamilə ləğv ediləcəyi bildirilmişdi. (Anspress)
Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırılıb - VİDEO
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı - VİDEO
Sürət həddini aşan avtomobillərin mühərrik gücü azaldılacaq? – RƏSMİ
Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO
Bakıda üç yeni körpü inşa edilir – VİDEO
Şuşadakı abidələrin korlanması qadağan edildi
İlham Əliyev QANUN İMZALADI
Bu sürücülər üçün yeni rüsumlar QƏBUL OLUNDU
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR
Bakı küçələrinin səkilərində hansı dəyişikliklər ediləcək? - FOTO










