Kürdəmir-Yevlax avtomobil yolu 4 zolaqdan ibarət olacaq

Bakıdan Gürcüstan sərhədinədək olan 503 kilometrlik məsafədə uzanan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun bir hissəsində magistralın genişləndirilməsi işləri davam etdirilir. Layihəyə əsasən, Kürdəmir-Yevlax avtomobil yolu 4 zolaqdan ibarət olacaq. Avtomobil yolunun 200-cu kilometrliyindən başlayaraq, 288-cı kilometrədək olan hissəsi tamamilə yenidən qurulur. Kürdəmir-Ucar, Ucar-Yevlax avtomobil yolunda yeni əlavə iki hərəkət zolağı inşa olunur. Magistralın Kürdəmir-Ucar-Yevlax hissəsinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması işləri aparılır. Artıq yolun 2 hərəkət zolaqlı hissələrinin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işlərinin çox hissəsi yerinə yetirilib. Bakıdan Gürcüstan ilə sərhədədək tikintinin intensiv aparıldığı magistralın 312,5 kilometrlik 2-ci texniki dərəcəli, 209 kilometrlik 1-ci texniki dərəcəli hissələri yenidən istifadəyə verilib. Magistralın Ucar, Ağdaş və Yevlax rayonları ərazisindən keçən hissəsində torpaq işləri, boruların və heyvan keçidlərinin tikintisi həyata keçirilir. Layihənin həyata keçirilməsində məqsəd nəqliyyatın sürətli və təhlükəsiz hərəkətini təmin etməkdir. Kürdəmir-Yevlax avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində hazırda ərazi boyu kommunikasiyaların köçürülməsi, suötürücü qurğuların, yeraltı keçidlərin, körpülərin tikintisi ilə yanaşı, asfalt örtüyünün salınması və torpaq işləri davam etdirilir. Yolun yenidən qurulan hissəsinin ümumi uzunluğu 88 kilometrdir. Tikinti işlərinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.
Ucnoqta.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












