Marşrutların yolu qısaldılır - VİDEO

İlin sonuna qədər paytaxtda bir sıra avtobusların marşrut xətlərinin qısaldılması başa çatdırılacaq. Bu Bakı kəndlərindən gələn avtobuslara da şamil olunacaq. Bunu Dövlət Avtomobil Nəqliyyati Xidməti və Bakı Sərnişin Nəqliyyat İdarəsindən bildiriblər. Bu marşrut xəttlərinin son dayanacağı kimi istiqamətdə olan ilk metrostansiya müyyən edilib. Yolunu davam etmək istəyən vətəndaşlar isə son dayanacaqda avtobusdan düşüb, metrodan istfadə etməli olacaqlar.
Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəsmisi Əmrah Cəfərov avtovağzalın yanında yeni metro tikildiyini dedi. “Metronun açılışı olandan sonra "20 Yanvar" istiqamətində gələn bütün marşutlar üçün avtobus dayanacağı ora olacaq. İndi 20 Yanvarda hərəkət etmək mümkün deyil. İstər piyadalar üçün, istərsədə avtobuslar üçün nə qədər tixac olur. Amma bundan sonra hamı metro ilə "20 Yanvara" gedəcəklər.”
Həmçinin Bakı kəndlərindən gələn bir neçə avtobusun marşrut xətləri də qısaldılacaq. "Nəriman Nərmanov", "Gənclik" və "28 May" metrostansiyaları istiqamətində indi hərəkət edən avtobusların son dayanacağı "Azadlıq metrosu" müəyyən edilib. Bir sıra marşut xəttləri isə ümumiyyətlə ləğv ediləcək. Ekspertlərin fikrincə bu addım tıxac problemini bir qədər azalda bilər. Çünki tıxacın yaranması səbəblərindən biridə bir xətt üzrə bir neçə marşutların hərəkətdə olmasıdır.
Ümumiyyətlə Nəqliyyat Nazirliyinin son dövrlər atdığı atdımlar nəticəsində Bakıda həm marşrut xətlərinin, həm də avtobusların sayı yarıbayarı azaldılıb. Məsələn bir neçə il bundan əvvəl 4000 minə yaxın avtobus işləyirdisə hal hazırda bu nəqliyyat vasitələrinin sayı 2200 qədər azaldılıb. 300-dən yuxarı olan marşrut xətlərinin sayı isə 150 endirilib.
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










