MMX radarla bağlı yenilik; rəisə səlahiyyət verildi

Dünən Prezident İlham Əliyevin 28 sentyabr 2007-ci il tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilib. Avtosfer.az-ın məlumatına görə, dəyişikliklər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara baxmaq səlahiyyəti olan vəzifəli şəxslərlə bağlıdır. Dəyişikliyə əsasən, belə xətalarla bağlı işlərə baxmaq səlahiyyəti olan şəxslərin siyahısına Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin (MMX) rəisi də əlavə edilib.
Digər dəyişikliklə elektron qaydada tərtib olunmuş protokola (qərara) dair sürücünün vəsatətinə və şikayətinə baxmaq səlahiyyəti olan şəxslərin dairəsi müəyyənləşdirilib. Belə vəsatət və şikayətlərə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavini, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri baxa bilərlər.
Üçüncü və ən maraqlı yenilik ondan ibarətdir ki, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək elektron qaydada sənədləşdirilən qayda pozuntularına baxılması İnzibati Xətalar Məcəlləsinə 2 may 2014-cü il tarixdə edilmiş dəyişikliklərə uyğunlaşdırılır. Bu qaydada aşkar edilərək qeydə alınan qayda pozuntuları yalnız elektron qaydada sənədləşdirilə bilər. Hər hansı vəzifəli şəxsin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək elektron qaydada sənədləşdirilən qayda pozuntusuna baxmaq və qərar çıxarmaq səlahiyyəti yoxdur. Bu halda yalnız elektron protokol tərtib olunmalı, bu protokol elektron imza ilə təsdiqlənərək sürücüyə göndərilməlidir.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












