Nazirdən açıqlama; avtobuslar gecə saat 2-yə kimi işləyəcək

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışınadək Azərbaycanda nəqliyyat sahəsində bir sıra layihələrin reallaşdırılması başa çatdırılacaq. Trend-in verdiyi məlumata görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov "The Business Year" jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, sərnişin nəqliyyatının təhlükəsiz istismarının təmin olunması və 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları başlayana qədər digər təşkilati məsələlərin həlli üçün yol-nəqliyyat infrastrukturu üzrə fəaliyyət planı təsdiqlənib: "Bu plan avtomobil yollarını, nəqliyyatı intellektual idarəetmə sistemini və dəmiryol şəbəkəsini əhatə edir».
Nazir qeyd edib ki, I Avropa Oyunları başlayanadək Tbiliis, Babək və Ziya Bünyadov prospektləri yenidən qurulmalı, Su İdmanı Növləri Sarayına kimi yeni yol salınmalıdır. Bundan başqa, Mikayıl Əliyev küçəsinin metronun "Koroğlu" stansiyasından Babək prospektinə qədər olan hissəsi yenidən qurulmalıdır.
Z.Məmmədov bildirib ki, I Avropa Oyunlarının keçiriləcəyi obyektlərə bitişik küçə və prospektlərdəki bütün işlərin 2015-ci il mayın 1-dək başa çatdırılması planlaşdırılır.
Nəqliyyatı intellektual idarəetmə sisteminə gəldikdə, nazir deyib ki, 2014-cü il və 2015-ci ilin birinci rübü ərzində Bakının avtobus dayanacaqlarında Wi-Fi sistemləri quraşdırılacaq, gələn nümayəndə heyətlərini daşıyacaq avtobuslar isə GPS sistemləri ilə təchiz olunacaq. Bundan başqa, Heydər Əliyev Beynəlxalq Hava Limanı, yarışların keçiriləcəyi Olimpiya şəhərciyi və obyektləri arasında sərnişindaşıma sistemi təşkil olunacaq. Z.Məmmədov qeyd edib ki, I Avropa Oyunlarının keçirildiyi dövrdə gündüz saatlarında tikinti və yenidənqurma işləri müvəqqəti məhdudlaşdırılacaq, avtobuslar isə gecə saat 2-yə kimi işləyəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












