Nazirlik avtobus sürücülərinə forma geyindirəcək

«Qəza oldu-olmadı, Nəqliyyat Departamenti hər gün monitorinqlər aparır”. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Modern.az-a açıqlamasında belə deyib. Son günlər ictimai nəqliyyatın, xüsusən avtobus qəzalarının sayının artmasını şərh edərkən o, qeyd edib: “Qəzalar dünyanın bütün ölkələrində baş verir və qaçılmazdır. Kiçik ölkə olduğumuz üçün Azərbaycanda baş verən qəzalar daha tez diqqət çəkir”.
N.Həsənovun sözlərinə görə, monitorinqlər zamanı nəinki sürücülər, hətta sahibkarlar da cəzalandırılır. ”Hətta elə sahibkarlar olub ki, onların əlindən marşrut xətləri də alınıb. Çünki sürücünü işdən kənarlaşdırmaq kimi səlahiyyətimiz yoxdur. Bunu yalnız sahibkar edə bilər. Biz problemlə bağlı sahibkara tövsiyələr verə bilirik”.
Yeri gəlmişkən, nəqliyyat naziri Ziya Məmmədovun göstərişi ilə Bakıdakı avtobus sürücülərinə dair yeniliklər tətbiq olunacaq. N.Həsənov sürücülərin sərnişinlərə qarşı kobud rəftarı ilə bağlı bildirib ki, hazırda ehtiyat sürücü bazası yaradılır. “Bu yaxınlarda bütün avtobus sürücüləri müasir tələblərə cavab verən ümumi vahid formaya keçəcək. Bu sahədə işlər yekunlaşdırılır. Sürücülük bacarmayanlar, həmçinin, işini normal həyata keçirə bilməyən sahibkarlar xətdən yığışdırılacaq. Avtobuslarda təcrübəsi, mədəniyyəti olan sürücüləri görəcəksiniz. Bütün formalar artıq hazırdır».
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















