Nəqliyyat işçilərinin maaşı artıb

Dövlət Statistika Komitəsi 2014-cü ilin yanvar-sentyabr aylarında nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqının statistikasını açıqlayıb. Cari ilin doqquz ayında Azərbaycanın nəqliyyat müəssisələrində işləyən 74,5 min muzdlu işçinin 72,2 faizi dövlət müəssisələrində, 27,8 faizi özəl bölmədə çalışıb. İşçilərin 51,2 faizi yerüstü və boru kəməri, 12,3 faizi su, 16,1 faizi hava nəqliyyatı, 20,4 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib. 2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqısı 1,7 faiz artaraq 538,9 manat olub, bu göstərici hava nəqliyyatında 786,2 manat, dəniz nəqliyyatında 736,8 manat, metro nəqliyyatında 587,2 manat, avtomobil nəqliyyatında 530,7 manat, dəmir yolu nəqliyyatında isə 254,9 manat təşkil edib. Əməkhaqqı metro nəqliyyatında 10,8 faiz, avtomobil nəqliyyatında 6,8 faiz, dəmiryol nəqliyyatında 5,2 faiz, dəniz nəqliyyatında isə 1,1 faiz artıb.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,1 min nəfər, bir işçinin orta aylıq əməkhaqqısı isə 10,2 faiz artaraq 736,7 manat olub.
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












