Oğurlanmış avtomobili SMS-lə tapacaqlar

Kim deyir ki, afrikalıların IT texnologiyası ilə tanışlığı Nigeriya spamlarını yaymaqdan o yana keçməyib? Bunu deyənlər irqçilərdir və onlara ayıb olsun! Keniyalı Kelvin Maçariya maşın qaçırılması əleyhinə sistem işləyib hazırlayıb və bu sistem inkişaf etmiş dünya analaoqlarından heç də geri qalmır. Kelvinin bir özəlliyi də var ki, başqalarından fərqli olaraq o qrant almaq üçün ora-bura vurnuxmur və paytaxt Nayrobidə kiçik, amma sürətlə inkişaf edən biznes qurub.
Avtosfer.az 4charx.com-a istinadən bildirir ki, maşınları oğurlanmaqdan qorumaq ideyası Maçariyanın ağlına bir neçə il əvvəl onun qohumlarından birinin avtomobili oğurlanarkən gəlib. Texniki universitet tələbəsi nəhayət özünün çoxfunksiyalı sistemini işləyərək hazırlayıb. Sistem təkcə oğurlanmış maşını qaytarmağa kömək etmir, həm də oğrunu tutmaqda polisə imkan verir.
Sistem çox ağıllı qurulub. Avtomobildə gizlədilmiş GPS-modul avtomobilin yerləşdiyi yeri müəyyən edir və koordinatları sahibinin telefonuna və situasiya mərkəzinə ötürür. Əgər oğru salona daxil olmuşsa gizli kamera dərhal onun şəklini çəkir. Lakin sistemin ən maraqlı funksiyası mühərrikin məsafədən söndürülməsidir və həmin funksiya adi SMS ilə aktivləşir. Maşın sahibinin verilmiş ünvana gizli kodu SMS ilə göndərməsi kifayətdir ki, mühərrik dayansın. Onu blokdan çıxarmadan yenidən işə salmaq isə artıq qeyri-mümkün olacaq. İncə düşünülüb, deyilmi?
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












