“Papanin”də metro tikilir

Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə uyğun olaraq “Bənövşəyi xətt” çərçivəsində şərti olaraq “Avtovağzal” və “Memar Əcəmi-2” adlanan yeni stansiyaların tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Bakı Metropolitenindən verilən məlumata görə, “Bənövşəyi xətt”in davamı olaraq paytaxtın “Papanin” adlanan ərazisində və Heydər Əliyev adına İdman Kompleksinin yaxınlığında yeni stansiyaların tikintisinə başlanılıb. “Dərnəgül” stansiyasından “Xətai” stansiyasınadək uzanan “Yaşıl xətt”in davamı olaraq isə bir sıra yeni stansiyalar inşa ediləcək. Bu stansiyalar Nobel prospekti boyunca uzanaraq, “Ağ şəhər” layihəsini və Neft Emalı Zavodunun qarşısındakı ərazini əhatə edəcək. “Yaşıl xətt”in sonuncu stansiyası isə hələlik şərti olaraq “Həzi Aslanov-2” adlandırılan stansiya olacaq. Daha sonra bu stansiyadan “Dərnəgül” stansiyasına yeni xətt çəkilməsi planlaşdırılır. ANS
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












