Parketmə ilə bağlı daha bir qadağaya hazır olun

Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev APA TV-yə açıqlamasında maraqlı fikirlər səsləndirib. Avtosfer.az-ın məlumatına görə, idarə rəisi bildirib ki, hazırda paytaxt ərazisində quraşdırılan parkomatlarda tətbiq edilən tariflər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilib. Bu zaman bir sıra nüanslar nəzərə alınıb ki, bunlardan da birincisi, əhalinin aylıq gəlirləridir. Əgər şəhərin mərkəzi hissəsində quraşdırılan parkomatlarda 1 saatın qiyməti 1 manatdırsa, digər ərazilərdə bu qiymətlər 20 qəpikdən 50 qəpiyə kimi dəyişir. Qiymətlər arasında fərq isə bilavasitə dayanacaqlarda olan avtomobil yükündən asılıdır: “Vaxt məhdudiyyətinə gəlincə, gələcəkdə yeraltı dayanacaq olmayan yerdə vaxt və qiymət fərqi özünü göstərəcək. Məsələn bu qiymət 1 saatı 30 qəpik ola bilər və ya maşın saxlamaq üçün vaxt məhdudiyyəti olmayacaq».
İdarə rəisi onu da deyib ki, qurum beynəlxalq təcrübəyə əsaslanaraq sürücülər üçün güzəştli abunə kartları istifadəyə verib. Belə ki, 15 manata aylıq abunə kartı alan hər kəs bir ay ərzində evinin yaxınlığındakı dayanacaqlardan maşın saxlamaq üçün istifadə edə biləcək. Həsən Abdullayev «parkomatların quraşdırıldığı ərazilərdə avtomobil sıxlığı daha da artıb» fikirini də cavablandırıb. O bildirib ki, yaxın günlərdə yol kənarlarının hər iki istiqamətində avtomobillərin saxlanılması qəti qadağan ediləcək. Hazırda sözügedən problem Bakı şəhər Yol Polisi İdarəsi ilə birgə araşdırılır.
Qeyd edək ki, bu ilin sonuna kimi paytaxt küçələrində daha 1000 parkomatların quraşdırılması nəzərdə tutulur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












