Paytaxt sakinləri daha lüks avtobuslarda gəzəcək

Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin sədri, millət vəkili Cavid Qurbanov sərnişindaşıma xidmətinin Nəqliyyat Nazirliyindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinə verilməsi ilə bağlı fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, həmin xidmətin nazirlikdən ayrılması məsələsi doğru deyil. «Həmin siyasəti yenə də Nəqliyyat Nazirliyi aparacaq. Nazirlikdən lisenziya alan şirkətlər var. Həmin şirkətlərdən biri də «BakuBus» olacaq. Lisenziya alacaq, marşrutları götürəcək, avtobuslar alacaq və lisenziya alıb fəaliyyət göstərəcək. Əvvəllər digər şirkətlər bu işi görürdü, amma onlar yeni avtobuslar almadılar. Ona görə də, dövlət özü yeni müəssisə yaratdı ki, yeni avtobuslar alsın və əhaliyə normal xidmət göstərilsin».
Cavid Qurbanov son günlər rəhbərlik etdiyi “Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tərkibindən çıxacağı ilə bağlı gəzən söz-söhbətlərə də aydınlıq gətirib. C.Qurbanov bu cür əsassız xəbərlərə inanmamağı tövsiyyə edib: “Bir vaxtlar deyirdilər ki, Brejnev sağdır və 18 yaşında bir xanımla haradasa yaşayır. Azərbaycanda kimin hansı vəzifədə işləməsini cənab Prezident həll edir. Mən onun əsgəriyəm. Prezident məni hansı küncə qoysa, orada da duracağam”-deyə Cavid Qurbanov bildirib.
Rəhbərlik etdiyi “Azəryolservis”in Nəqliyyat Nazirliyinin balansından çıxarılacağı ilə bağlı xəbərə münasibət bildirən millət vəkili qeyd edib ki, belə bir bölünməyə ehtiyac yoxdur. “Bizim bir problemimiz yoxdur. Biz Nəqliyyat Nazirliyinin tərkib hissəsiyik. Niyə ayrılmalıyıq ki? Səbəb nədir ki, ayrılaq? Qanunverici, icraedici orqan var, məhkəmə orqanı var, jurnalistlər-dördüncü hakimiyyət var. Qanunvericiliklə müəyyən olunub ki, ölkədə nəqliyyat siyasətini Nəqliyyat Nazirliyi həyata keçirir. Müəyyən edilib ki, hansı müəssisələr Nəqliyyat Nazirliyinin tərkib hissəsidir. Bizim naziriliyin tərkibində işləməyimizin nəyi pisdir ki?”.
Elməddin
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə











