Paytaxtda nəqliyyatın hərəkəti necə tənzimlənəcək?

Gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunları zamanı idmançıların, nümayəndə heyətlərinin, qonaqların, eləcə də paytaxt əhalisinin nəqliyyatdan istifadəsi necə tənzimlənəcək? Bununla bağlı sualımızı cavablandıran Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayev bəzi mühüm məqamlara aydınlıq gətirib. NİİM-in baş direktoru AzərTAc-a müsahibəsində bildirib ki, idman yarışlarının keçiriləcəyi ərazilərdəki yollarda xüsusi zolaqlar salınması planlaşdırılır. Bu yol zolaqları yalnız idmançılar, işçi heyət, qonaqlar üçün nəzərdə tutulur. Əhali isə yolun digər zolağından istifadə edəcək. Eyni zamanda, yarış iştirakçılarının və qonaqların idman yarışlarının keçiriləcəyi məkanlara daha tez və vaxtında çatmasını təmin etmək məqsədilə ekspress marşrutlar təşkil olunacaq. Həmin marşrutlarda ictimai nəqliyyat vasitələri işləyəcək.
Avropa Oyunları zamanı nümayəndə heyətlərinə və qonaqlara xidmət göstərəcək sürücülər də müəyyənləşdirilir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı sərnişin və yükdaşımalarının təşkili idarəsinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov qeyd edib ki, hazırda nümunəvi sürücülərin siyahıları tərtib olunur. Onlar qabaqcadan müəyyən edilmiş marşrutlar üzrə avtobuslarda işləyəcəklər. Sürücülər üçün vahid geyim formasının hazırlanması da gündəmdə duran məsələlərdəndir.
Bundan əlavə, Avropa Oyunları ilə əlaqədar paytaxta əlavə 300 avtobus gətiriləcək. Artıq onlardan 50-si Bakıya çatdırılıb. Türkiyə istehsalı olan İsuzu” markalı bu avtobuslar özünün yüksək komfortluğu ilə seçilir və 60 sərnişin tutumuna malikdir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












