Piyadalar üçün yenilik; işıqlandırılmış keçidlər quraşdırıldı – FOTO

Bakıda xüsusi işıqlandırma ilə təchiz olunmuş piyada keçidi quraşdırılıb. Avtosfer.az-ın məlumatına görə, hələ ki test rejimində çalışan xüsusi işıqlandırılmış piyada keçidi Murtuza Muxtarov küçəsi ilə Nigar Rəfibəyli küçəsi kəsişməsində tətbiq olunub. Piyada keçidinin üzərində iki cür - yaşıl və qırmızı - rəngli işıqlar quraşdırılıb: Yaşıl rəngli işıq piyada zolağının üzərində quraşdırılıb. Qırmızı rəngli işıq isə sürücülərin avtomobilləri dayandırıb, piyadaya yol vermək üçün “stop xətt”dir. Piyada keçidinin yanında isə günəş enerjisi ilə işləyən yol nişanları quraşdırılıb. Həmin yol nişanlarının üzərində günəş panelləri quraşdırılıb. Gün ərzində günəş panelləri gün şüasını elektrik enerjisinə çevirir. Nəticədə alınan elektrik enerjisi yol nişanının və piyada keçidinin üzərində olan müxtəlif rəngli işıqların gecə ərzində yanmasına səbəb olur. Gecə saatlarında qaranlıq yolla hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri yol kənarlarında olan həmin piyada keçidlərinə baxıb hərəkəti tənzimləyir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov oxu.az-a açıqlamasında gecə saatlarında hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinin bu tip piyada keçidlərini daha yaxşı gördüklərini söyləyib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














