Piyadaların cəriməsi bir az da artırılır - VİDEO

60 yeraltı və yerütsü piyada keçidindən çox adam istifadə etmir. Bu isə onların canı bahasına başa gəlir. ANS-in məlumatına görə, piyadaların piyada keçidlərindən istifadə etməmələri, ya onların həyatları bahasına başa gəlir, ya da cərimə ödəməklə kifayətlənirlər. Amma görünür bu tədbirlər hələki müsbət nəticə verməyib. Bunun nəticəsidir ki, bir həftə ərzində 3000-dən çox insan cərimələnib. Baş verən ümumi hadisələrin 52 faizi piyadalarin payına düşür. Piyadaların təyin olunmayan yerlərdən keçməsi çox vaxt onların həyatı bahasına başa gəlir. Qadağan olunmuş əazilərdən keçənlərə 20 manat məbləğində cərimə tətəbiq olunsada hələ ki, heç bir nəticəsi yoxdu. Təkcə bu ilin ilk 5 ayı ərzində 70 min 342 piyada cərimə olunub. Çıxış yolu isə odur ki, təyin olunan cərimə məbləği artırılsın.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, piyadaların keçiddən istifadə etmələri onların məsuliyyətə cəlb olunmamasına, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasına, onların həyatlarını təhlükə altına atmamalarına təsir götərir. “Əgər cərimələrin miqdari çox olsa o qədər yaxşı olar. Əvvəl az idi onda ölənlərdə çox idi. Amma indi artırılıb və nisbətən azalıb. Düzdü istədiyimiz nəticəyə hələ ki, gəlməmişik.”
Bu ilin 4 ayı ərzində isə piyadaların iştiraki ilə 299 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 105 nəfər ölüb, 215 nəfər isə yaralanıb. Hazırda paytaxt ərazisində 60-dan çox yer altı və yerüstü piyada keçidləri piyadalırın istifadəsindədir. Amma görünən odur ki, insanlar tənbəllik edərək piyada keçindindən istifadə etmirlər. Bu tənbəllik isə sonda onların canı bahasına başa gəlir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












