«Premium» markalı benzin də zay çıxdı - RƏSMİ

Azərbaycanda istehsal olunan benzin “Euro-4” standartına da uyğun gəlmir. Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. O xatırladıb ki, ölkəmizdə yalnız “Aİ-92” markalı benzin istehsal olunur: “Artıq ölkə KİV-lərində də bununla bağlı gedən informasiyalarda ciddi narazılıqların olduğunu görürük. Məsələn, bildirirlər ki, “Premium” markalı benzin alırıq, amma çox çəkmədən avtomobilin mühərrikində problem yaranır. Təbii ki, problem olacaq. Çünki həmin avtomobil bu markaya uyğun gəlmir və başqa parametrlərə uyğun olduğu üçün digər markalı benzində istifadə olunmalıdır”.
Azərbaycana idxal olunan yanacağın isə təmiz və yüksək səviyyəli benzin olduğunu deyən R.Həsənov bəzi sürücülərin məntəqələrdə benzin doldurulan zaman aldanmaları və digər problemlərə də aydınlıq gətirib. Komitə sədri bununla bağlı bir neçə dəfə monitorinq keçirdiklərini, hələlik bununla bağlı problemlə qarşılaşmadıqlarını deyib: “Bəzi hallarda isə sürücülərin özləri avtomobillərini normadan da artıq benzinlə doldurulmasını tələb edirlər. Bu da sonda qeyd etdiyimiz problemlərin ortaya çıxmasına səbəb olur. Ancaq 10 litr əvəzinə 7 litr benzinin vurulması ilə bağlı məlumat almamışıq. Düzdür, bəzi benzin aparatlarında müəyyən problemlər yaranır və həmin məntəqənin rəhbərliyi dərhal bu barədə bizə müraciət edirlər. Mütəxəssislərimiz də həmin məntəqəyə gedərək, problemi dərhal aradan qaldırırlar”.
R.Həsənov deyib ki, Bakıda yanacaqdoldurma məntəqələrinin sayı çox olduğu üçün, komitənin mütəxəssislərinin hər gün bu məntəqələrdə yoxlama aparmaları qeyri-mümkündür: “Buna görə də bu məntəqələrin rəhbərləri qanunvericiliyə uyğun olaraq, hər gün yoxlama aparmalı və problem olduğu təqdirdə bizə məlumat verməlidirlər. Onlar da bizə mütəmadi məlumat vermədikləri üçün cərimələmək məcburiyyətində qalırıq”.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












