Prezident Qala-Pirallahı avtomobil yolunun açılışını etdi

Bu gün Prezident İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun yenidənqurma işlərindən sonra birinci hissəsinin açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 22 kilometrə yaxındır. Artıq yolun 15 kilometrə yaxın hissəsi istismara tam hazırdır. Mövcud yol əvvəllər ensiz olduğu üçün hərəkətin intensivliyinə əngəl yaradır və tıxaclara səbəb olurdu. İndi isə yolun hərəkət hissəsinin eni 19 metrə yaxındır. Bu da avtomobillərin rahat və maneəsiz hərəkətinə şərait yaradacaq.
Dövlət proqramına daxil olan bu layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhərin mərkəzinə, həm də Qala və Pirallahı istiqamətinə rahat nəqliyyat əlaqəsini təmin etməkdir. Layihəyə əsasən qovşaqlar və piyada keçidləri də inşa olunub. Bundan başqa, yol boyunca yaşıllıqlar salınıb. İnşaat işləri zamanı burada bütün kommunikasiya sistemləri, o cümlədən su, istilik, qaz, rabitə və yağıntı sularını axıdan xətlər dəyişdirilib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI
Azərbaycanda avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq: Baş nazirdən QƏRAR
2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı vacib açıqlama
















