Qatarlara WİFİ quraşdırılacaq

Azərbaycan Dəmiryolları şəbəkəsində WİFİ sistemi qurulacaq. Hərəkətdə olan qatarlarda da internetə giriş pulsuz olacaq. Bunu azvision.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları "Qapalı Səhmdar Cəmiyyəti (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib. N.Əzməmmədov bildirib ki, hazırda bu məsələ ilə bağlı işlər görülür. Onun sözlərinə görə dəmiryolunun WİFİ-ilə təmin olunması üçün əvvəlcə Rusiya və Gürcüstan kimi qonşu ölkələrlə razılıq əldə olunmalıdır: “Qatarlara WİFİ quraşdırılacaq. Qatarlar hərəkətdə olduğuna görə bu məsələdə bir az çətinliklər üzə çıxır. Bunu qatar gedən başqa ölkələrlə də razılaşdırmaq lazımdır. Rusiya ilə hələ ki, razılıq əldə olunmayıb. Bütün bölgələrimizə və xarici ölkələrə gedən qatarlarda da bu sistemin qurulması planlaşdırılıb. Ona görə də həmin ölkələrlə müəyyən razılaşmalar əldə edilməlidir. Gərək WİFİ sistemi bizim ərazi ilə yanaşı başqa yerlərdə də istifadə olunsun”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












