Qazaxıstandan benzin alacağıq

Qazaxıstan Azərbaycandan “Aİ- 92” markalı 3 min ton benzinin alınmasına dair müqavilə bağlayıb. Avtosfer.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın Energetika Nazirliyindən bildirilib. Məlumatda deyilir ki, şirkət Azərbaycan yanacağınının Rusiya ərazisi ilə tədarükünü həyata keçirəcək. Qazaxıstanın Azərbaycandan neft məhsulları alması bir müddətdir müzakirə olunurdu. Amma Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev söhbətin benzindən yox, dizel, sürtkü yağı kimi digər məhsullardan getdiyini demişdi. Çünki Azərbaycan özünün benzinə olan tələbatını zorla ödəyir. Şirkətin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev isə məsələni şərh edərkən daxili bazarda problem olmayacağını bildirib. “Bu əlverişli ticari bir əməliyyatdır. Biz Azərbaycan daxili bazarını tam təmin etmək üçün bir çox neft məhsullarının idxalını həyata keçirmişik. Artırılan bu idxalın bir hissəsini Qazaxıstan bazarına da ötürmək olar”, - deyə Vaqif Əliyev qeyd edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












