Rəsmi etiraf: «Yanacağın keyfiyyəti tələblərə cavab vermir»

“Azərbaycanda istehsal olunan yanacaq tam olaraq ölkə tələbatını ödəyir. Lakin bu yanacağın keyfiyyəti müasir tələblərə cavab vermir”. “APA-Economics”in xəbərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov deyib. Onun sözlərinə görə, artıq ARDNŞ yanacağın keyfiyyətinin yüksəldilməsi və əməliyyat xərclərinin yaxşılaşdırılması məqsədi ilə müvafiq işlər görməyə başlayıb. Qurum bununla bağlı inkişaf proqramı hazırlayır. İnkişaf proqramına Azərbaycanda mövcud olan neft emalı zavodlarının müasirləşdirilməsi daxildir. Bu prosesin müddəti 42-48 aya qədər olacaq və Azərbaycanda 2018-ci ildən etibarən “Avro 5” standartlarına uyğun benzin, kerosin, dizel və digər yanacaq növləri istehsal etmək mümkün olacaq. Həmin zavodlarda illik 3 mln. ton dizel, 3,4 mln. ton benzin, 350 min ton bitum, 100 min ton maye qaz istehsal etmək mümkün olacaq. 2018-ci ildən fəaliyyətə başlayacaq müasirləşdirilmiş zavodların 2030-cu ilə qədər istifadə müddəti olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













