Restorana maşınla girənlər də var - FOTOLAR

Çin Xalq Respublikasının Xubey vilayətindəki kiçik şəhərlərdən biri olan Uxanda maraqlı hadisə baş verib. Şəhərin ən iri və tanınmış restoranında belə bir qadağa var: bu restorana ev heyvanı ilə gələn müştəriləri içəri buraxmırlar. Xüsusən də itlərlə. Amma bu qadağa çərşənbə günü restorana gələn yerli biznesmenlərdən birinin xoşuna gəlməyib. O, öz sevimli iti ilə içəri keçmək istəyəndə restoranın işçiləri qarşısını kəsib. Biznesmenin onları dilə tutmaq cəhdi nəticə verməyib. Bundan qəzəblənən müştəri bəyan edib ki, nəyin bahasına olur-olsun, restorana girəcək. Dediyinin də üstündə durub. Biznesmen bahalı avtomobilinə əyləşərək irəli şütüyüb. Restoranın şüşə vitrinini sındıraraq maşınla içəri daxil olub. Onu içəridən yalnız polisin köməyi ilə çıxarıblar. publika.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














