Sığortadan pul almaq üçün DYP-nin arayışı ləğv edilir

Azərbaycanda avtomobil qəzaları zamanı sığorta ödənişini almaq üçün Dövlət Yol Polisindən (DYP) arayış almaq lazım olmayacaq. Fins.az-ın məlumatına görə, bu, "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları" layihəsində nəzərdə tutulub. Maliyyə Nazirliyi tərəfindən hazırlanmış sənədin layihəsi icazeler.gov.az saytında yerləşdirilib. Sənədin "Hadisə ilə bağlı təsdiqedici sənədin tələb olunmaması" bölməsində bildirilir ki, avtomobil qəzası zamanı iki şərt mövcud olduğu halda sığorta şirkəti DYP-dən arayış tələb edə bilməyəcək. Bu hallar hadisənin günahkarının kimliyi ilə bağlı tərəflər arasında mübahisənin olmaması və hadisə nəticəsində sağlamlığa zərər dəyməməsidir. Belə olduqda ödəniş yol polisinin arayışı tələl edidmədən verilməlidir.
Qeyd edək ki, qaydaların hazırda qüvvədə olan variantında hadisə ilə bağlı DYP-dən arayışın tələb edilib-edilməməsi sığorta şirkətinin öhdəsinə buraxılıb.
DYP-dən arayışın gec verilməsi və ya bəzən təhrif edilməsi sığorta ödənişlərinin verilməsində əsas problemlərdən sayılır və müştərilərlə sığorta şirkətləri arasında narazılıqlara səbəb olurdu. Yeni qaydaların tətbiqi isə bu problemi aradan qaldırmalıdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













