Sürücü ölsə, sığorta geri alınmayacaq – 5 min manat

Milli Məclisin ötən həftə keçirilən sonuncu iclasında «İcbari sığortalar haqqında» Qanuna edilmiş dəyişikliklərdən biri də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya ilə bağlıdır.
Məlumdur ki, öz məsuliyyətini sığortalatdırmamış sürücünün təqsiri ucbatından yol-nəqliyyat hadisəsi baş verdikdə və bu hadisə nəticəsində zərərçəkmiş şəxsin həyat və sağlamlığına zərər dəydikdə İcbari Sığortalar Bürosu həmin zərərçəkmişə 5 min manata qədər kompensasiya ödəməlidir. Lakin bu halda təqsirkar sürücünün məsuliyyəti sığortalanmamış olduğundan Büro həmin kompensasiyanın əvəzini subroqasiya qaydasında təqsirkardan tələb etmək hüququna malikdir.
Avtosfer.az-ın məlumatına görə, yeni dəyişikliyə əsasən, təqsirkar sürücü həmin hadisə nəticəsində ölərsə, subroqasiya istisna olunur. Yəni ölmüş təqsirkar sürücünün kifayət qədər miras əmlakı qalsa da, sığorta şirkəti onun vərəsələrindən subroqasiya qaydasında heç nə tələb edə bilməz.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












