Sürücülər pul görməyəcəklər

«Sürücülər yeni kart sisteminə keçdikdən sonra pul görməyəcəklər». Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. O bildirib ki, sürücü sərnişindən pul almayacağı təqdirdə öz sahibkarı qarşısında maaş məsələsini qaldıracaq: “Avtobuslarda kart sistemi tam tətbiq olunduqdan sonra çox gümanki sahibkarlarla sürücülər arasında maaşla bağlı müqavilə bağlanacaq. Sürücü indi sahibkarın qoyduğu planı vermək üçün sürət həddini aşır, qəzalar baş verir. Ancaq kart sisteminə keçdikdən sonra sürücü sərnişinləri kart gözü ilə görəcək. Belə olduğu təqdirdə isə daha çox sərnişin mindirməyəcək və qrafikə uyğun işləyəcək. Sürücü yavaşda sürsə, tezdə sürsə eyni maaşı alacaq”.
Namiq Həsənov həmçinin qeyd edib ki, sahibkarlardan hansı rəqabətə davamlı olacaqsa işləyəcək. İşləyə bilməyən sahibkar isə gedib başqa işlə məşqul olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












