Sürücülərə bəd xəbər; icbari sığortaya görə cərimə artırıldı

Sürücü dostların diqqətinə cərimələrin artırılması ilə bağlı daha bir məlumatı çatdırırıq. İyunun 20-də Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliklərdən biri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta etdirməməsinə görə cərimənin artırılmasıdır. İndiyə qədər bunun cəriməsi 10 manat idi və ona görə də əslində DYP də çox dərinə getmirdi. Amma bu dəyişiklikdən sonra cərimə fiziki şəxs üçün 50, vəzifəli şəxslər üçün 100, hüquqi şəxs üçün 300 manat miqdarında olacaq.
Avtosfer.az-ın məlumatına görə, dəyişiklik yəqin ki, yaxın vaxtlarda qüvvəyə minəcək. Ona görə də indidən hazırlaşın. Nəzərə alın ki, sığorta şəhadətnaməsi olmadıqda və ya sığortanın müddəti bitdikdə sizi həmin xətaya görə cərimə gözləyir. Qanuna görə, bütün mexaniki nəqliyyat vasitələrinin (motosikletdən tutmuş nəhəng traktoradək) sahibləri öz mülki məsuliyyətlərini sığortalatmalıdırlar.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












