Sürücülərə müjdə: Ziya Bünyadov prospektinin asfaltlanmasına başlandı

Bakının ən böyük və hərəkətin intensiv olduğu prospektlərindən olan Ziya Bünyadov prospektində (Dərnəgül yolu kimi də tanınır) təmir-tikinti işləri sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, artıq yolda asfalt-beton örtüyünün döşənməsinə başlanılıb: “Prospektin ümumi uzunluğu 9,2 kilometrdir və Xutor dairəsindən Böyükşor qovşağınadək uzanır. Əsaslı təmirdən sonra prospektdəki hərəkət zolaqlarının sayı 4-dən 10-a çatdırılıb. Həmçinin yol boyunca yerləşən maneələr və kommunikasiya xətləri köçürülüb”.
P.Mürsəliyev əlavə etdi ki, yenidənqurma layihəsi çərçivəsində torpaq işlərinin 70 faizdən artığı görülüb. Paralel olaraq mərmər bardürlərin və asfalt örtüyünün döşənməsi də davam etdirilir.
Qeyd edək ki, Ziya Bünyadov prospektində 4 yerüstü piyada keçidinin inşası da davam etdirilir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












