Sürücülərin nəzərinə; Ağsu aşırımı bağlanır

Bakı-Şamaxı-Yevlax yolunun yenidən qurulması üçün nəzərdə tutulan layihə hazırlanır. Kanal S xəbər verir ki, layihə çərçivəsində yolun Ağsu aşırımından keçən hissəsində aparılacaq təmir işləri zamanı yolun bağlanması nəzərdə tutulur. Bu zaman sürücülər alternativ olaraq Ağsu-Göylər-Şamaxı yolundan istifadə edəcəklər. Yolun üzərində yerləşən bütün iaşə obyektləri və restoranlarda fəaliyyət müvəqqəti olaraq dayandırılacaq. Ağsu dolaylarında yerləşən DYP postu da artıq fəaliyyətini dayandırıb. Ərazidəki obyekt sahiblərinin sözlərinə görə, yolun dağılmasında başlıca səbəb ağırtonnajlı yük maşınlarının ərazidən tez tez keçməsidir. Yoldan 3,5 tondan artıq yük maşınlarının keçməsinə, ərazidə müvafiq yol nişanlarının quraşdırılmasına baxmayaraq, hər axşam yoldan normadan artıq yüklənmiş avtomobillər keçir.
Ümumi uzunluğu 14 kilometr olan Ağsu dolaylarında təmir işlərinə nə zaman başlanacağı isə hələlik bəlli deyil.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












