Sürücülərin nəzərinə: yeni qaydalar tətbiq olunacaq

Bundan sonra notariuslar nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatlarla yanaşı, müvafiq icra hakimiyyəti orqanına əlavə məlumatlar da verəcək və bunu daha tez etməli olacaqlar. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Notariat haqqında” və “Yol hərəkəti haqqında” qanunlara müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulur. Hər iki qanuna edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatla yanaşı, fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatları da dərhal müvafiq icra hakimiyyəti orqanına göndərəcək.
Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı artıq 3 gün deyil, 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərməli olacaq. “Yol hərəkəti haqqında” qanuna ediləcək digər dəyişikliklərə görə isə sürücülər avtomobillə hərəkətdə olarkən sadəcə özündən qabaqda gedən deyil, eyni zolaqda özlərindən qabaqda gedən nəqliyyat vasitələri ilə də lazımi ara məsafəsi saxlamalıdırlar. Belə ki, qanunun 5-ci maddəsinin III hissəsinə ediləcək dəyişikliyə görə, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Həmin maddənin IV hissəsində isə nəzərdə tutulur ki, yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə asta gedən, ağır yüklü və uzun nəqliyyat vasitələrinin sürücüləri eyni zolaqda özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. (trend)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












