Sürücülərin nəzərinə: Yeni qurğular gəlir - VİDEO

Qanunsuz parkinqlər əksər böyük şəhərlər üçün aktualdır. Paytaxt Bakıda da bu baxımdan vəziyyət ürəkaçan deyil.Bunun qarşısını almaq üçün bir müddət sonra yeni qurğulardan istifadə ediləcək. Qadağan olunmuş yerlərdə parketmənin qarşısını almaq üçün yeni üsul tətbiq ediləcək. Parkonlarda insan faktoru tamamilə istisna edilib.Ona görə də dünyanın əksər ölkələrində, xüsusilə də qonşu Rusiyada bu qurğudan geniş istifadə edilir. Parkon peyk sistemi ilə işləyir. Belə ki, reyd keçiriləcək küçənin adı və qanuni parkinq yerləri qurğunun yaddaşına yazılır. Daha sonra parkon polis avtomobilinə yerləşdirilir. Polis əməkdaşları küçə boyunca irəlilədikcə, parkon qadağan edilmiş yerlərdə parkinq edilən avtomobilləri qeydə alır. Qayda pozuntusu ilə bağlı protokol da avtomatik rejimdə tərtib edilir və üç gün ərzində sürücünün ünvanına cərimə ilə bağlı qəbz göndərilir.
Əslində daha əvvəl yol polisi avtomobillərinə belə cihazlar quraşdırılmışdı. Amma onların müəyyən çatışmazlıqları var idi. Amma parkonlar foto materialla yanaşı, video material da hazırlayır. xəzərxəbər
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












