Sürücülərin parkinq problemi bu qaydada həll edilir - YENİLİK

Bakı sürücüləri hansı müvəqqəti duracaqda boş yerlərin olduğunu SMS vasitəsilə öyrənə, ödənişləri isə telefonla edə biləcəklər. Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev məlumat verib. Onun sözlərinə görə, iyunun sonu - iyulun əvvəlində artıq avtomobil sahiblərinə müvəqqəti duracaqlarda maşının saxlanması vaxtının bitdiyi barədə SMS göndərmək mümkün olacaq: "Bundan əlavə, smartfonlar üçün əlavə proqramlar da tətbiq ediləcək ki, bunun vasitəsilə sürücülər hansı müvəqqəti duracaqda boş yerlərin olduğunu öyrənə biləcəklər. Həmçinin sürücülər ödənişləri telefonla ödəyə biləcəklər". H.Abdullayev bildirib ki, bundan başqa, xüsusi təmassız kartlar da buraxılacaq ki, avtomobil parkomata yaxınlaşdıqda məbləğ avtomatik tutulacaq. Həmin kartlarla balansı doldurmaq və onların vasitəsilə bütün parkomatlarda ödəmə etmək mümkün olacaq: "Ərazilərdə yeni xəbərdaredici nişanlar quraşdırılacaq. Artıq pilot variant olaraq 6 aparatı qurduğumuz yerlərdə nişanları da dəyişirik. Məsələn, Konstitusiya Məhkəməsinin önündə qoyulan nişanda sürücülərə bildirilir ki, ödənişli duracağa daxil olurlar".
Onun sözlərinə görə, bundan başqa, yollarda onlayn rejimdə işləyən elektron lövhələr qoyulacaq: "Həmin lövhələr duracaqlardakı boş yerləri göstərəcək. Lövhədə küçənin adı yazılacaq və neçə boş avtomobil yerinin olduğu göstəriləcək. Bu iş mərhələlərlə həyata keçiriləcək. Payıza qədər artıq bu işləri bitirməyə çalışacağıq. Çalışırıq ki, ilin axırına kimi bu sistemi tam şəkildə işə salaq". H.Abdullayev qeyd edib ki, müvəqqəti duracaqların olacaqları yerlər hələ tam dəqiqləşməyib: "Bunlar Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən birgə müəyyənləşdirilir. Yəqin parkomatlar gəldikcə həmin yerlər də tədricən müəyyənləşəcək. İlin sonuna kimi 1000 parkomat gətirilərək quraşdırılacaq".
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










