Sürücülərin yeni qənimi peyda oldu; monitor radar - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) magistral yollarda yeni radarların sınaqdan keçirməyə başlayıb. Məlumata görə, hazırda yeni tip radarın ilk nümunəsi Qobustan qəsəbəsində yerləşdirilib. İlk baxışdan televizora oxşayan bu radarlar sürətlə hərəkət edən avtomobili həm öndən, həm də arxadan çəkə bilir. Eyni zamanda, onların «ağıllı radarlar» kateqoriyasına aid olduğu da deyilir. Qısa müddətdir quraşdırılmış bu radarların isə yaxşı işlədiyi məlum olub. Ona görə də, BDYPİ-nin rəhbərliyinin göstərişi ilə yaxın vaxtlardan etibarən onların magistral yollarda geniş şəkildə quraşdırılmasına start veriləcəyi gözlənilir.
Bu əsnada jam.az onu da dəqiqləşdirib ki, ilk baxışdan televizora oxşayan bu radarlar sürücülərin qəniminə çevrilib. Belə ki, onlar qəsəbənin ərazisindəki radar qurğusunun götürüldüyünü zənn edərək, yeni qurğunun isə radar olmasına inanmadıqlarından sürət həddini aşdıqları üçün cərimə olunublar.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













