Sürücülük vəsiqəsini təkrar almaq üçün imtahan lazım olacaq

Rusiyanın baş naziri Dimitri Medvedev rus piyada və sürücülərinin yol hərəkət qaydalarını dəyişən yeni qayda imzalayıb. Avtosfer.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, noyabrın 21-də rus saytlarında iki qayda nəşr olunub. Birinci qaydaya görə, sürücülərin törətdiyi yol qaydası pozuntusuna görə cəza, yəni, sürücülük vəsiqəsinin alınması cəzasının müddəti bitərsə, onların sürücülük hüquqlarının qaytarılması test yolu ilə baş tutacaq. İndi sürücülər yol hərəkəti qaydaları üzrə yenidən eyni qayda ilə imtahan verməlidirlər.
Qeyd edəki ki, bir müddət əvvəl sürücülük vəsiqəsi imtahanları üçün nəzərdə tutulan vergi indeksində də dəyişiliklər edilib. Əgər onlar qəbul edilsə, hüquqların geri qaytarılması pullu olacaq. Sürücü imtahan verib hüquqlarını geri almaq üçün min rubl ödəməli olacaq. Sürücüyə verilən cəza müddəti 1 il olarsa, bu müddət tamam olmamış yarım ildən sonra imtahanı verə bilər.
Digər bir qaydaya görə, içkili vəziyyətdə maşın idarə etmək və tibbi yoxlanışa etirazla bağlıdır. Yoxlanışla bərabər yeni tibbi arayış da veriləcək. Gələn ilin 1 aprel tarixindən etibarən arayış verilmə qaydasının sərtləşəcəyi deyilir. Sürücü eyni zamanda həm dispanserdən yekun kağızı almalı və içkili yoxlanışı zamanı ensefaloqrammadan keçməlidir. Sürücü tibbi xidmət üçün isə 5 min rubl ödəməlidir.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












