Svarovski qaşlarla bəzənən "Mercedes" - FOTOLAR

Rusiyalı tələbə qız ingilisləri heyrətə salıb. Buna səbəb onun maşını olub. Anspress-in məlumatına görə, 21 yaşlı Darya Radionova "Mercedes" markalı maşınını svarovski qaşlarla bəzəyib. Elit ali təhsil müəssisəsində təhsil alan Darya Londonda sensasiya yaradıb. "Mercedes CLS 350" özü özlüyündə heç də ucuz deyil. Britaniyada bu avtomobilin qiyməti 40 min dollar civarındadır. Maşının bəzədilməsində milyonlarla qaşdan istifadə edilib. Darya univermağa girmək üçün maşınını bir necə dəqiqiə saxlayıb. Elə həmin anda par-parıldayan avtomobilin ətrafı adamla dolub. Kimi maşının şəklini, kimi isə onun fonunda öz şəklini çəkib.
Jurnalistlərə açıqlama verən Darya unikal bir əşyasının olmasını arzuladığını deyib. "Maşını bəzəyən insanlar Rusiyadan gəliblər. Onlar iki ay ərzində sutkada 12 saat işləyiblər. Maşın sayəsində mən həmişə diqqət mərkəzindəyəm. Bəzən mənə elə gəlir ki, mən qəzaya səbəb ola bilərəm. Maşınımı satanda bütün pullarını xeyriyyəşilik fondlarına verəcəm".
Avtomobilin bəzədilməsinə onun qiymətinin yarısı qədər pul ödəyən gənc qız indi avtomobilində hər zaman ehtiyat svarovski qaşlar gəzdirir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















