Taksi sürücülərinin canı nəqliyyat işçilərindən qurtardı - VİDEO

Nəqliyyat Nazirliyi və Bakı Şəhər Baş Dövlət Yol Polisinin əməkdaşları qanunsuz taksi fəaliyyəti ilə məşğul olan taksi və sərnişindaşıma ilə məşğul olan marşurut avtobuslarına qarşi növbəti reydini keçirib. ANS-in məlumatına görə, artıq bir neçə sürücü də məsələ ilə bağlı cərimələnib. Əsəblərini cilovlaya bilməyən sürücü qeyri-qanuni taksi fəaliyyətilə məşğul olduğu üçün Nəqliyyat Departamentinin işçiləri tərəfindən saxlanılıb. Əvvəlcə yaxınlıqda departament işçilərinin reydə başlaması xəbərini eşidən sürücü taksi nişanını avtomobilinin içərisində gizlədib ərazidən uzaqlaşıb. Amma çox keçmədən taksi fəaliyyətilə məşğul olmasının aşkarlandığından xəbər tutaraq özü işçilərə yaxınlaşıb. Bu dəfə isə nə sənəd təqdim edib, nə də avtomobilinin cərimə meydançasına aparılmasına icazə verib. Sürücünün tabe olmadığını görən departament işçiləri bu dəfə reydə birgə çıxdıqları polis əməkdaşlarını köməyə çağırıblar. Köməyə gələn polis əməkdaşları sayəsində sürücü bölməyə, maşın isə evakuatorla cərimə meydançasına aparılıb. Digər taksi sürücüsü isə avtomobilinin üzərində taksi nişanı olsa da, o bu fəaliyyətlə məşğul olmadığına inandırmağa çalışıb. Bu sürücü də cərimədən yayına bilməyib. Sıra avtobus sürücülərində idi. Reyd zamanı demək olar ki, sənədləri qaydasında olmayan sürücü tapılmadı. Amma onların aralarında gigiyenik normalara riayyət etməyənlər var idi.
Sürücülərdən birinə üzünün tam təraş olmaması ilə bağlı dəfələrlə xəbərdarlıq ediliyi bildirilib. Dövlət Avtomobil Xidmətinin əməkdaşlarına da ciddi xəbərdarlıq olunub. Artıq onlar bu gündən sonra xidməti geyimdə olmadan taksi sürücülərinə yaxınlaşa bilməzlər. Hətta üzərlərində xidməti vəsiqələri olsa belə.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












