Tramvaylı Bakı yolları qayıdır - VİDEO

Bu gün Avropa şəhərlərində tramvay xəttinin mövcudluğu sivilizasiyadan xəbər verir. Bu, həm də ətraf mühitin təmizliyinə hesablanıb və insanların rahat hərəkətini təmin edir. Bir vaxtlar Bakı küçələrində də tramvaylar hərəkət etsə də, sonradan onlar ləğv edildi. Amma deyəsən qərarın düzgün verilmədiyi anlaşılıb. Yaxın gələcəkdə Bakıda yenidən tramvayları görmək şansımız olacaq.
Bakıda tramvay xətti 1924-cü ildə yaradılıb. ANS-in məlumatına görə, ilk tramvay marşrutu üçün vağzaldan Azneft meydanınadək olan 6,6 km məsafə seçilib. O vaxtdan bəri bakılılar tramvayın xidmətindən onilliklər istifadə edib. Onun sökülməsi əməliyyatı isə 2004-cü ildə sona çatıb. Bu, Bakıda nəqliyyatın çoxluğu və tramvay xətlərini köhnəliyilə əlaqələndirilsə də, mütəxəssislər hesab edir ki, ətraf mühitin və insanların sağlamlıq durumunun qayğısına qalmaq üçün yenidən tramvaylardan istifadə edilməlidir.
İqtisadçı ekspert Vüqar Bayramlının fikrincə, tramvay xəttinin bərpa edilməsi üçün 1 milyard manat pul lazımdır. Amma bu digər nəqliyyat sahələrinin inkişafına xərclənən pulla müqaisədə çox az və daha gəlirli hesab oluna bilər. “İlkin mərhələdə dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılmaqla şəhərin mərkəzində tramvay xətlərinin çəkilməsi mümkündür. Tramvay xətlərinin çəkilməsi gəlir baxımından da sərfəlidir. Belə ki, bizim apardığımız qiymətləndirməyə görə, tramvay xətti bərpa olunarsa, o zaman tramvay ilə bir sərnişin daşınma xərci, avtobusla müqayisədə təxminən 50 faiz ucuzdur”, - deyə iqtisadçı ekspert Vüqar Bayramlı qeyd edib.
Bakıda yenidən tramvay xəttinin yaradılması həm də hər gün saatlarla vaxt itirdiyimiz avtomobil sıxlığı və tıxac probleminini aradan qaldırılmasına kömək edə bilər. “Tramvay xəttinə bu və ya digər nəqliyyat vasitəsinin daxil olması demək olar ki, mümkünsüz olan bir məsələdir. Ona görə də tramvaylar onlar üçün ayrılmış xətt üzrə, yəni marşrut üzrə müəyyən olunmuş vaxt üzrə təyin olunan ünvan çata bilirlər ki, bu dan insanlara çox sərfəlidir. Bu gün Bakı şəhərində adımbaşı tıxacların şahidi oluruq” – deyə Ekspert Azər Allahverənov vurğulayıb. Şəhərdaxili tramvaylardan istifadə ekoloji baxımdan xeyirlidir. Dünyanın müxtəlif ölkələrində benzinlə işləyən avtomobillərin əvəz edilməsi üzərində iş gedir. Ekoloji cəhətdən təmiz işləyən tramvayların bu problemin həllində əsas vasitə hesab edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də Bakıda tramvay xəttinin yaradılması üçün müxtəlif variantlar üzərində çalışırlar. Böyük Bakının regional inkişaf planında artıq bu məsələ öz əksini tapıb.
Şöbə müdiri Cahangir Qocayev deyir ki, bunun hansı səpkidə olacağı gələcəkdə işlənən mövcud planlar göstərəcək: “Təbii ki, bu işlər təkcə avtomobil nəqliyyatının nəticəsində baş verən qəzaların azalmasına da xidmət edəcək. Bunların 16 kilometr uzunluğu olacaq. Eyni zamanda Neftçilər prospekti boyunca da tramvaydan istifadə edilməsi güdəmə gələ bilər”.
Hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrində - Amerikada, İngiltərədə, Türkiyədə, həmçinin postsovet ölkələrində bu ucuz nəqliyyat növündən geniş istfadə olunur. Hətta bir sıra inkişaf etmiş ölkələrdə elektrik enerjisindən daha az istifadə edən, həm də sabit cərəyanla işləyən müasir tramvaylar da fəaliyyət göstərir. Avropa ölkələrinin bəzəyinə çevrilən tramvaylara bu gün Azərbaycanda da ehtiyac var.
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










