Türkiyə yükdaşıma işində Azərbaycanı İrandan üstün tutdu

Türkiyə Orta Asiya ölkələrinə yük daşımalarını Azərbaycandan keçməklə Xəzər dənizi vasitəsi ilə həyata keçirəcək. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu, gələn ildən etibarən reallaşacaq. Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) sədri Fatih Şener mətbuata açıqlamasında bildirib ki, bununla bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılıb və razılıq əldə edilib: “Biz türk dövlətlərinə yükdaşımaları Azərbaycan ərazsindən keçməklə həyata keçirəcəyik. Ötən həftə Azərbaycan tərəfi ilə danışıqlar apardıq. Qiymətlərə gəlincə, yeni qiymətlər İrandan daha münasibdir”.
Şenerin sözlərinə görə, Xəzər dənizi vasitəsi ilə (gəmi-bərələr vasitəsi ilə) il ərzində 30 min ton yük daşımaq mümkün olacaq.
Qeyd edək ki, bir müddət öncə İran tərəfi “Türkiyənin yükdaşıma işlərini həyata keçirən nəqliyyat vasitələrinə yanacaq satmayacağıq” deyə açıqlama vermişdi. Rəsmi Tehranın buu açıqlaması Türkiyənin İranı Azərbaycanla əvəzləməsinə səbəb oldu.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












