Xəta törədən sürücünü gizlədən şirkətlər cəzalandırılacaq

Azərbaycanda xəta törədən nəqliyyat vasitəsinin istifadəçisinin barəsində məlumatların gizlədilməsi məsuliyyət yaradacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 158-2 maddəsi əlavə olunur. Yeni maddəyə görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə edən fiziki şəxs haqqında məlumatı bu barədə sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs 300 manat miqdarında cərimə olunacaq. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, belə bir maddənin əlavə edilməsi son vaxtlar bəzi hirkətlərə məxsus avtomobillər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının artmasıdır. Üstəlik, polis bu cür avtomobilləri üzə çıxarmaq istəyərkən şirkətlər həmin maşını idarə edən sürücü barədə məlumat vermirlər. Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, bəzi iri şirkətlərə qarşı yol polisi heç bir tədbir görə bilmir. Daha doğrusu, bundan çəkinir. Bu halda yol polisi həmin şirkətə məxsus avtomobillə qayda pozuntusu törədən sürücünü aşkar edib cəzanı ona tətbiq etmək istəyir. Bu isə uzun proses olduğu üçün İXM-yə yeni maddə əlavə etməklə məsələni yoluna qoymağa çalışırlar.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












