Xırdalana metro çəkiləcək

"Metro sisteminin genişləndirilməsində inkişaf ilk növbədə Xırdalan istiqamətinə yönəldiriləcək”. Bu barədə aznews.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev məlumat verib. Onun sözlərinə görə, Böyük Bakının Regional İnkişaf Planında dəmir yollarının bərpa olunması və yenidən istifadəsi, yeni dəmiryolu xəttlərinin salınması nəzərdə tutulur. Plan təsdiq olunduğu halda işlərə başlanılacağını deyən Komitə rəsmisi, ümumiyyətlə planda Bakı metrosunun genişləndirilməsinin nəzərdə tutulduğunu söyləyib. "2015-2030-cu illərdə metro xəttləri, dəmir yolları və sürətli avtomobil yolları çəkiləcək. Baş Planda göstərilən Bakı ətrafında çox zolaqlı dairəvi yolun salınması, Dəniz limanının Bakıdan Ələtə köçürülməsi, "Ağ şəhər” layihəsi və Böyük Şor ərazisində Olimpiya şəhərçiyi salınması işlərinə artıq başlanılıb” - deyə C.Qocayev bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












