YENİLİK; Bakıda yol nişanları işıqlandı - VİDEO - FOTOLAR

Bir neçə gündür ki, Bakıda küçə və yollarda yol nişanlarında işıqlandırma sistemi quraşdırılır. Nişanların gecələr işıqlandırılmasını Baş Dövlət Yol Polisi İdarəsi İdarəsinin «Siqnal» idarəsi həyata keçirir. Avtosfer.az saytının əməkdaşı həmin nişanların Dövlət Statistika Komitəsinin, Milli Təhlükəsizlik Nazirliyinin binalarının qarşısında quraşdırıldığının şahidi olub və bunu lentə alıb. Saytın məlumatına görə, Bakı-Sumqayıt yolunda da bu nişanların quraşdırılmasına başlanılıb. Parlament prospektində yerləşən 20 nömrəli məktəbin qarşısında bu gün quraşdırılan nişanlara da rast gəlinib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, Günəş batareyaları ilə işləyən nişanlar gecələr normal qaydada işıqlanır ki, bu da piyada və sürücülər üçün faydalıdır. Yeni qurğuların quraşdırılmasının davamlı olacağını deyən Kamran Əliyevin sözlərinə görə, bu proses bütün ölkə üzrə həyata keçiriləcək. Lakin işlərin nə vaxt başa çatdırılacağı dəqiq məlum deyil.
Avtosfer.az saytı xəbər verir ki, paytaxtın 70 faizə qədərində bu nişanların tətbiqi 2015-ci ilin əvvələrinə qədər tam başa çatdırılacaq. Hələlik isə bu nişanlar piyadaların və sürücülərin daha intensiv hərəkət etdiyi küçə və yollarda quraşdırılır. Həmin nişanlar işıq diodları və Günəş mini-stansiyaları ilə təchiz edilib. Gün ərzinde toplanmış enerji sayəsində sutkanın qaranlıq vaxtında nişanlar işıq saçır. Bunun sayəsində də gecə vaxtı yol nişanları sürücülərin diqqətindən qaçmayacaq.
Günəş enerjisi ilə işləyən yol nişanı o deməkdir ki, həmin nişan Günəş enerjisini elektrik enerjisinə çevirən panellərlə təchiz olunub və bunun hesabına gündüz vaxtı həmin nişanın batareyalarına yığılan enerji qaranlıq vaxtı bu nişanı içəridən işıqlandırır. Dünyanın bəzi dövlətlərində belə nişanlardan istifadə olunur. Özü də belə nişanları daha çox piyada keçidlərində, velosiped yollarının avtomobil yolları ilə kəsişmələrində tətbiq edirlər. Məsələ burasındadır ki, yalnız sürücülər üçün nəzərdə tutulan nişanların ənənəvi qaydada olması heç bir problem yaratmır. Çünki həmin ənənəvi nişanlar işıqqaytarıcı səthə malik olduğundan işıq mənbəyindən, o cümlədən avtomobilin farasından azacıq da olsa işıq düşdükdə zəruri məsafədən aydınca görünür. Piyada keçidlərində və velosiped yollarının kəsişmələrində isə işıqlanan nişanlar daha faydalıdır. Çünki onu özündə hər hansı işıq mənbəyi olmayan piyadalar və velosipedçilər də yaxşı görə bilirlər. Digər tərəfdən, normal və təhlükəsiz hərəkət şəraiti yaradılması üçün piyada keçidi və velosiped yollarının kəsişmələri qaranlıq vaxtı mütləq işıqlandırılmalıdır. Ona görə də məhz piyada keçidlərinə və velosiped yolları ilə kəsişmələrə Günəş enerjisi ilə işləyən nişanların qoyulmasını təqdirəlayiq saymaq olar.
Elməddin
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI
Azərbaycanda avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq: Baş nazirdən QƏRAR
2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı vacib açıqlama
Ağdam–Xankəndi dəmir yolu və Füzuli–Xocavənd avtomobil yolunun inşasında SON DURUM - VİDEO




























