Yenilik; DYP-dən mobil telefonunuza SMS gələcək

Avtosfer.az saytı avtomobillərin qeydiyyatı ilə bağlı başqa bir maraqlı dəyişiklyi oxucuların diqqəğtinə çatdırır. Mayın 2-də "Yol hərəkəti haqqında" qanuna edilən bu dəyişiklik nəqliyyat vasitələrinin ilkin və təkrar qeydiyyatı zamanı qeydə alınması məcburi olan məlumatlarla bağlıdır. Həmin məlumatlar sırasına nəqliyyat vasitəsis sahibinin qeydiyyatda olduğu və yaşadığı ünvanıla yanaşı, onun mobil telefon nömrəsi və elektron ünvanı da əlavə olunub. Hər bir şəxs həmin məlumatlar dəyişdikdə onları 3 gün ərzində yeniləməlidir, yəni DYP-yə bu məlumatları təkrarən çatdırmalıdır. Həmin məlumatlar verilmədiyi halda avtomobil dövlət qeydiyyatına alınmayacaq. DYP məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir. Yəni göstərilən məlumatları DYP-yə elektron qaydada ötürərək qeydiyyata aldırmaq, habelə yeniləmək də mümkün olacaq.
Bu məlumatların qeydiyyatını məcburi etməkdə məqsəd qayda pozuntularına görə yazışmaların, xüsusən də bildiriş və xəbərdarlıqların elektron qaydada, o cümlədən mobil telefon vasitəsilə (SMS-lə) çatdırılmasını təmin etməkdir. Bu yeni sistem sürücülər üçün faydalı olacaq, çünki sürücüdən xəbərsiz cərimə tətbiqi, onun gecikdirilməsi hallarında əlavə problemlər (faizlərin gəlməsi, avtomobilin cərimə meydançasına aparılması və s.) istisna olunacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












