Yol polisi pis sürücüləri belə aşkar edirmiş – DYP-nin SİRRİ

Günah işlədən insanlar ədalətdən yayınmaq istəsə də, gizlədə bilmədiyi əlamətlər onu ifşa edir. Dövlət yol polisi “günah” işlədən sürücüləri o izlərdən oxuya bilir.
Sürücülərdən biri milli.az-a yazıb ki, bir neçə gün əvvəl heç bir qayda pozuntusu işlətmədiyi halda yol polisi tərəfindən saxlanıb. Yol polisi onu hansı səbəbdən saxlandığını izah edə bilməyib, sonda ağızından qaçırıb ki, saqqız çeynəməyi onda içkili olmağı şübhəsini yaradıb. Maraqlıdır, görəsən, yol polisləri xətalı sürücüləri başqa hansı əlamətlərindən hiss edir? Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, hər bir yol polisinin istənilən sürücünü saxlamaq imkanı var. «Onun saqqız çeynəyən vaxt saxlamasının məsələyə aidiyyəti yoxdur, sürücü bunu belə formada izah etməyə çalışır. Qanunvericilikdə göstərilən hallar istisna edilməklə, yol polisi nəqliyyat vasitəsini və onu idarə edən sürücünü saxlayıb sənədlərini yoxlaya və qanunun tələbinə uyğun olaraq tədbirlər görə bilər». Bölmə rəisinin sözlərinə görə, təcrübəli yol polisi əməkdaşları sürücünün maşını idarə etməsindən onun hansı xətaya yol verməsini bilir: “Məsələn, spirtli içki qəbul edən sürücünü, sənədsiz olmasını, sükan arxasında qorxa-qorxa sürməsini, polis görərkən qaçmağa səy göstərməsini bilən polislər var. Belə polislər dövlət nömrə nişanlarını yadda saxlayır, nömrələrdən asılı olmayaraq sürücünün manevr etməsindən onun xüsusiyyətinə bələd olur. Sürücü qışda spirtli içki qəbul edərək maşın sürürsə, bayır soyuq olduğundan içəri spirtin təsirindən tərləyir. Bu, sürücünün və ya maşındakı sərnişinin sərxoş olmasını göstərir».
V.Əsədovun fikrincə, avtomobilin idarə edilməsindən sürücünün kimliyi polisə məlum olur: “Sürücünün avtomobili idarə etməsindən onun xarakterini müəyyən edirəm. Bəzən hisslərimiz bizi aldadır. Sərxoş olan sürücü avtomobili elə idarə edir ki, ayıq adam heç bunu bacarmır. Sürücüyə uzaqdan baxırıq, sürücü, sanki, bizi görmür və düz qabağa baxır. Guya polisi görmür. Sürücüyə baxanda qaçmağa bəhanə axtarır. Saxlanacağını hiss etdiyi üçün üzünü sol tərəfə çevirir ki, yol polisi tərəfindən saxlanılmasını görmədiyini bəhanə etsin”.
Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırılıb - VİDEO
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı - VİDEO
Sürət həddini aşan avtomobillərin mühərrik gücü azaldılacaq? – RƏSMİ
Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO
Bakıda üç yeni körpü inşa edilir – VİDEO
Şuşadakı abidələrin korlanması qadağan edildi
İlham Əliyev QANUN İMZALADI
Bu sürücülər üçün yeni rüsumlar QƏBUL OLUNDU
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR
Bakı küçələrinin səkilərində hansı dəyişikliklər ediləcək? - FOTO










